"Gələcəkdə nələrin olacağını deyə bilmərik"

“Şübhəsiz ki, yeni arenamız daha yaxşıdır. Azərbaycanın bütün stadionlarında olmamışam. Amma buradakı şərait və ot örtüyü ən yaxşılarından biridir. Bu gün bizim üçün məsafə çox önəmlidir. Əvvəllər Masazıra getmək üçün 1 saat 30 dəqiqə vaxt sərf edirdik. Avtobusda gedərkən uşaqlarda ürəkbulanma da olurdu. Ancaq indi bura gəlmək üçün 15 dəqiqə vaxt sərf edirik. Buradakı şərait daha yaxşıdır”.

 

Presssport.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının IX turunda doğma meydanda “Qarabağ”la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 

Mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

 

“Düzdür, bu gün keyfiyyətli komandaya qarşı oynadıq. Hər iki komanda qalib gəlmək üçün əlindən gələni edirdi. Uzun müddət hücumda olduq. Hər iki komandanın müdafiə xətti bu gün yaxşı çıxış etdi. Birinci hissədə hücum edərkən rəqibi qapısına sıxışdırmışdıq. Həm birinci, həm də ikinci hissədə rəqibin müdafiə xəttinin arxasına çoxlu ötürmələr verildi. 0:0 hesabını ədalətli nəticə saymaq olar. Düzdür, bu gün qollar olmadı. Amma atmosfer, hər iki komandanın azarkeşləri möhtəşəm ab-hava yaratmışdı. Hansısa Avropa ölkəsinin liqa oyunundan fərqi yox idi. Təəssüf ki, azarkeşlərə qollar hədiyyə edə bilmədik.

 

Rəhman Daşdəmirovun bu ana qədər etdikləri çox önəmlidir, möhtəşəm işlər gördü. Bu mövsüm 50-dən çox oyunumuz olacaq. Bəzi mövqelərdə rotasiya etməliyik. Rəhman bizim üçün çox önəmli oyunçudur. Gələcəkdə də onu görə bilərik.

 

Əlbəttə ki, futbolçularımıza yaxşı təkliflər olsa, çox xoşbəxt olardım. Çünki bu, oyunçularımızın və klubumuzun keyfiyyətini, gördüyümüz işi göstərəcək. Bununla fəxr edərdim. Müqavilələr sonsuz deyil, onların müddəti bitir, bəzən yeni oyunçular axtarmalı olacağıq. Buna hazır olmalıyıq. Belə hallar baş verərsə, gedənlərin yerini gücləndirməliyik. Bu cür hallar yaşansa, çox xoşbəxt olaram.

 

“Borussiya” Dortmund və “Qarabağ”a qarşı oyunlar bir-birindən fərqlidir. Hər iki komandanın oyun tərzi fərqlidir. “Borussiya” üçlü müdafiə ilə çıxış edirdi, hücumda say üstünlüyü əldə edirdi. “Qarabağ” isə fərqlidir, topla çıxışı başqa cürdür. Çalışırıq ki, hər rəqibə fərqli yanaşaq. İndi bu oyun bitdi, “Turan Tovuz”la matçı düşünəcəyik. Futbolçularım möhtəşəmdir. Vaxtımız azdır, onlara detalları çatdırmalısan. Bəzən cəmi bir məşqimiz olur. Pressinqi, hücumları, standart vəziyyətləri işləməliyik. Bəzən bir məşqdə bunları çatdırmaq çətindir. Futbolçularıma təşəkkür edirəm, xırda detalları çox tez icra edirlər.

 

Cəmi 8 oyun oynamışıq. Bu yarışda çox şeylər danışıla bilər. Siz belə fikirləşirsiniz. Amma onlar da öz aralarında xal itiriblər. Əlbəttə ki, məni sadəcə qalibiyyət məmnun edə bilər. Amma böyük məyusluq da yoxdur. Bəzi dəyişikliklər etmişdik. Çətin perioddan keçirik. Çox sıx qrafikimiz var idi, ancaq şikayət edə bilmərik, ÇL-də oynamaq istəyirdik. Bu mövsüm çempionluq mübarizəsi ötən mövsümkündən daha ağır olacaq. "Neftçi" və "Qarabağ" bu yarışda olacaqlar, şübhəm yoxdur. Onların oyunçularının gözündə bu istək var. Bu cür rəqabətli oyunlar bizi daha da inkişaf etdirir. Ötən mövsüm "Qarabağ"a qarşı oyunlarımızdan (kaş ki, 200 belə oyun olsun) çox şey öyrəndik. "Qarabağ" möhkəm mentalitetə malik olan komandadır. O oyunlardan da çox şey öyrəndik. "Turan Tovuz", "Zirə", "Şamaxı"... Gəncədə "Kəpəz"lə oynamaq hansısa komanda üçün asandır? Çətindir. Gələcəkdə nələrin olacağını deyə bilmərik. Qarşıda 25 oyun var. Bizim üçün ən önəmli oyun qarşıdakı oyundur”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC