Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti görüşünü keçirib.
Presssport.az-ın məlumatına görə, Famil Xəlilovun baş məşqçi olduğu komanda Avstraliya ilə üz-üzə gəlib.
Hövsan Yarış Kompleksində keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, millimiz daha əvvəl Timor-Leste yığmasını 6:0, Andorranı isə 1:0 hesabı ilə məğlub edib.
Milli oktyabrın 26-sı saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC