Toralın komandası böyük hesabla qalib gəldi

Türkiyə 1-ci Liqasında 12-ci turun oyunları keçirilib. 

 

Presssport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi "Bursaspor" səfərdə "Keçiörengücü"nün qonağı olub. Qarşılaşma Bursa təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Türkiyə 1-ci Liqası, 12-ci tur

 

"Keçiörengücü" - "Bursaspor" - 2:4


Qollar: E.Başıyiğit, 7-avtoqol (0:1), A.Boutrah, 15 (0:2), L.Baker, 35 (0:3), Oğuzcan Çalışkan, 43 (1:3), K.İheanaço, 50 (1:4), Linkoln, 66 (2:4)


"Aktepe" stadionu

 

Toral Bayramov görüşün 83-cü dəqiqəsində meydana daxil olub.

 

Bu qələbədən sonra xallarının sayını 28-ə çatdıran "Bursaspor" turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC