Ayşən Əbdüləzimova ÇL-də hədəflərindən danışıb: "Bu gün ilk addımı atdıq, cavab görüşü daha çətin olacaq"

“İlk setdə həyəcanımız daha çox bilinirdi. Ondan sonra ritmi tutduq və şükürlər olsun ki, 3:0-lıq qələbə qazandıq". 

Presssport.az xəbər verir ki, bu sözləri “Turan” voleybol klubunun kapitanı Ayşən Əbdüləzimova CEV Çempionlar Liqasının ilk matçında Tovuzda Xorvatiyanın “Mladost” klubunu məğlub etdikləri (3:0) oyundan sonra deyib.

Onun sözlərinə görə, 3 setdən 2-də daha çox çətinlik çəkiblər: “Bu, ilk, həm də setdə oldu İlk setdə həyəcan, sonuncuda isə arxayınlaşma var idi. Məncə, sevinməyə çox tezdir. İkinci oyun daha vacibdir. Sabahdan həmin matça hazırlaşmalıyıq”.

Təcrübəli voleybolçu azarkeşlərdən də söz açaraq, onların möhtəşəm olduğunu vurğulayıb: "Burdan rəhbərliyimizə təşəkkürümü bildirmək istəyirəm. Sağ olsunlar, 3 ay ərzində bizə bu cür şərait yaratdılar. Məncə, bu cür şərait heç bir yerdə yoxdu”.

Voleybolçu hədəfləri barədə bunları söyləyib: “Hədəf ÇL-in qrupudu. Bu gün ilk addımı atdıq, cavab görüşü daha çətin olacaq. Çünki səfər oyunudur. Hər şey bizdən asılıdı”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC