FİFA prezidenti Hövsan Yarış Kompleksini ziyarət edib

FİFA prezidenti Canni İnfantino, turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov, AFFA prezidenti Rövşən Nəcəf və AFFA rəsmiləri FİFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət edib.

Presssport.az xəbər verir ki, səfər zamanı rəsmilər kompleksdə yaradılmış şəraitlə tanış olub, turnirin ilk oyunlarını izləyiblər. İlk oyun günü ərzində Hövsan Yarış Kompleksində ümumilikdə 92 oyun keçiriləcək.

FİFA U-15 Dünya Çempionatı və Festivalı 2026 ümumilikdə 22-30 oktyabr tarixlərini əhatə edir. Turnirin ilk oyunlarına bu gün - 24 oktyabrda start verilib. İlk dəfə keçirilən turnir 189 FİFA üzv assosiasiyasından olan gənc futbol istedadlarını Bakıda bir araya gətirir.

İlk oyun günü bu axşam “Baku Crystal Hall”da davam edəcək. Burda turnirin rəsmi açılış mərasimi keçiriləcək, ardınca isə Azərbaycan milli komandası Şərqi Timor yığması ilə qarşılaşacaq.

Yüksək səviyyəli qonaqların səfəri FİFA, AFFA və yerli təşkilat qurumları arasında sıx əməkdaşlığı əks etdirir. FİFA U-15 Dünya Çempionatı və Festivalı 2026 gənc futbolçuların inkişafına, beynəlxalq təcrübə mübadiləsinə və futbolun qlobal miqyasda inkişafına töhfə verməyi hədəfləyir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC