Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar

Dortmund “Borussiya”sı azarkeşləri üçün maraqlı yenilik tətbiq etməyə hazırlaşır.

 

Presssport.az TRT Spor-a istinadən xəbər verir ki, Almaniya klubu matç zamanı mobil telefonlarından istifadə etməyən azarkeşlərini mükafatlandıracaq.

 

Klubun mobil tətbiqinə əlavə edilən “FanModus” funksiyası vasitəsilə azarkeşlər oyun ərzində telefonlarının ekranını kilidli saxladıqları hər dəqiqəyə görə xal qazanacaqlar.

 

Ən çox xal toplayan azarkeşlər imzalı futbol formaları və klubun rəsmi mağazasında istifadə edə biləcəkləri hədiyyə çekləri qazanmaq imkanı əldə edəcəklər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC