"Turan" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib

Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirib.

 

Presssport.az-ın məlumatına görə, Xorvatiya təmsilçisi "Mladost"un qonağı olan Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv səfərdə 3:2 (25:22 21:25, 25:23, 23:25, 15:13) hesablı qələbəyə sevinib.

 

"Turan"ın III təsnifat mərhələsindəki rəqibi Bolqarıstanın "Maritsa" klubu olacaq.

 

Xatırladaq ki, "Turan" oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirilən ilk matçda "Mladost" üzərində 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə qələbə qazanıb. Tovuz təmsilçisi növbəti mərhələyə yüksələcəyi təqdirdə Bolqarıstanın "Maritza" komandası ilə üz-üzə gələcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC