"Marafon" komandası Azərbaycan Kubokunda ilkə imza atıb

Azərbaycan Kubokunun 2026/2027 mövsümü ilklə əlamətdar olub.

 

Presssport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

 

"Marafon" komandası ilk iki təsnifat mərhələsini adlayaraq 1/8 finala yüksəlib. Sabirabad klubu buna nail olan ilk II liqa təmsilçisi olub. Turnirin debütantı öncə "Dinamo"nu 3:0, ardınca I Liqa klubu "Zaqatala"nı 1:0 hesabı ilə məğlub edib.

 

2023/2024 mövsümündən indiki formatda keçirilən turnirdə II Liqa komandalarının iştirak etdiyi I təsnifat mərhələsini adlayanların hamısı növbəti raundda mübarizəni dayandırıb. Bu müddətdə II təsnifat mərhələsində II Liqa klublarının iştirakı ilə baş tutan digər 25 dueldə 1/8 finala vəsiqəni daha yüksək dəstə təmsilçiləri adlayıb.

 

Qeyd edək ki, "Marafon" dekabrın 1-2-də keçiriləcək 1/8 finalda "Araz-Naxçıvan"ın qonağı olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC