“Artıq bu məsələni bağlamalıyıq”

Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo Kilian Mbappenin Mao Tszedunla bağlı açıqlamasına görə yaranan qalmaqalın artıq geridə qalmalı olduğunu bildirib.

 

Presssport.az xəbər verir ki, "Ouest-France" nəşrinə danışan Diallo futbolçunun üzr istədiyini və heç kimi təhqir etmək niyyətində olmadığını bildirib:

 

“Kilian baş verənlərin kontekstini çox yaxşı izah edib və üzr istəyib. Ümid edirəm ki, bu qalmaqal uzun çəkməyəcək. Artıq məsələni bağlamalıyıq ki, o, mövsümünü ən yaxşı şəraitdə davam etdirə bilsin”.

 

Qeyd edək ki, Mbappenin Mao Tszedunla bağlı zarafatı Çində narazılığa səbəb olub. “Real” və La Liqa futbolçunun açıqlamasına görə üzr istəyib. Çin şirkətləri onunla əməkdaşlığı dayandırıb, dövlət televiziyası isə “Real”ın növbəti oyunlarından birini yayımlamaqdan imtina edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC