Kriştiano Ronaldo karyerasında 1000 qol həddinə yaxınlaşıb.
Presssport.az xəbər verir ki, bu gün “Əl-Nəsr”in hücumçusu Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda “Əl-Xulud”la keçirilən qarşılaşmada (5:3) het-trik edib. Bunlar portuqaliyalı futbolçunun karyerasında vurduğu 983-cü, 984-cü və 985-ci qollar olub.
Beləliklə, 41 yaşlı futbolçunun 1000 qol həddinə çatması üçün daha 15 dəfə fərqlənməsi lazımdır.
Kriştianonun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC