Ağır zədə Marandiçinin gözünü qorxutmayıb: "Avrokuboklarda olmaq istəyiriksə, "Sabah" və "Qarabağ"la kimi rəqiblərlə oyunlarda 3 xal üçün oynamalıyıq"

"Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi Presssport.az-a müsahibə verib. Ağır zədə nəticəsində 2 il yaşıl meydandan kənarda qalan 30 yaşlı moldovalı futbolçu bir sıra məqamlara aydınlıq gətirib. 
- Ağır zədədən sonra yenicə geri qayıtmışdın, amma bu yaxında yenidən sıradan çıxdın. İndi durumun necədi?
- Hər şey yaxşıdı. Bəli, "Şəfa" ilə görüşdə zədələnmişdim. Toqquşmada beyin sümüyündən aşağı hissəsindən xəsarət almışdım. Şükür Allaha, ağır zədə olmadı. Bir neçə gün pauza götürüb, sonra oynamaq olur. Şükür ki, yaxşıdır hər şey.

  • - Ümumiyyətlə, məlum ağır zədədən sonra sənə psixoloji cəhətdən oynamaq çətin olmur ki?
    - Xeyr, heç bir qorxum yoxdu. Təəssüf ki, o zədədən sonra çox vaxt itirdim. Amma mübarizələr zamanı da hansısa qorxum olmur. Həqiqətən ağır zədə keçirdim. Amma şükürlər olsun ki, geri qayıtdım. Futbol üçün çox darıxmışdım.
  • - Maraqlıdı, səni ağır zədələyən “Sabah”ın slovakiyalı sabiq kapitanı Pavol Şafranko sənə yazır, hal-əhval tutur, yoxsa necə?
    - Xeyr, onunla indi danışmırıq. Həmin ağır zədədə günahı yox idi, sadəcə, oyun epizodu idi. Təəssüf ki, zədədən sonrakı birinci əməliyyat hardasa uğurlu olmadı. Ondan sonra daha 2 əməliyyata ehtiyac oldu. Ümumiyyətlə, bu cür zədələrdə bərpa prosesi də çətin keçir, sümüklərin bərkiməsi, filan. Zaman alır hamısı. Amma Şafranko haqda hansısa mənfi fikrim yoxdu. Bu, sadəcə, futboldu, oyun epizodunda baş vermişdi o ağır zədə.
  • - Gələk "Neftçi" ilə səfər oyununa - 2 iki xal itirdiniz, yoxsa 1 xal qazandınız?
    - Mənə görə, bu oyunda qələbəyə layiq idik. "Neftçi" bu il çox güclü komandadı, yaxşı oynayır. Amma meydanda 11 nəfərlə olanda da yaxşı oynayırdıq, qol epizodlarımız var idi. Sadəcə, 1 qoldan artıq təəssüf ki, vura bilmədik. Bunun üzərində işləyəcəyik ki, hər şey daha yaxşı olsun. Açığını deyim, elə hiss var ki, bu oyunda qalib gəlməliydik, buna yaxın idik.
  • - Amma sanki rəqibin qırmızı vərəqə alması işinizə o qədər də yaramadı. Çünki "Neftçi" bundan sonra daha yaxşı oynadı...
    - Bəli, çünki "Neftçi" güclü komandadı. Amma meydanda neçə nəfər olmağından asılı olmayaraq, buna adaptasiya olmalı və qələbə qazanmalıyıq. Qırmızı vərəqəyə qədər hardasa bərabər səviyyədə oyun gedirdi. Amma ən təhlükəli epizdolar bizdə idi. Epizdoları vursaydıq, hesabı 2:0, 3:0 edə bilərdik.
  • - Bu oyunda diqqətçəkən məqamlardan biri də rəqib İqor Ribeyronun komanda yoldaşın İbrahima Vadjiyə qarşı çox kobud oyunu idi. Maraqlıdı, o anda nə hisslər keçirdin?
    - Bəli, Vadjiyə görə narahat idim. Düzü, öncə epizodu görmədim. Çünki ehtiyat skamyadan çox da yaxşı görünmürdü. Şükür Allaha, o epizodda ciddi nəsə olmadı Vadjiyə. Demək olar ki, bütün oyunu oynadı. Şükür Allaha, nə "Neftçi"də, nə də bizdə ciddi zədə oldu. Əsas budu.
  • - "Turan Tovuz" daha güclü rəqiblərə qarşı sanki daha yaxşı oynayır. Bu nədən irəli gəlir? "İmişli" ilə matçda meydanda yox idiniz sanki...
    - Xeyr, bu güclü və ya zəif rəqiblərlə oyundan asılı deyil. Stadion yaxşı, atmosfer yüksək olanda, azarkeşlər filan, o zaman bütün komandalarda motivasiya yüksək olur. Amma bu cür oyunlar da olur. Elə qarşılaşmalar olub ki, yaxşı oynayıb, heç-heçə etmişik. Güclü rəqiblərə qarşı pis də oynadığımız olub. Təəssüf ki, "İmişli"yə qarşı yaxşı oyunumuz olmadı. Amma bizim də qol epizodlarımız vr idi ki, qalib gələk, ya xal qazanq. Yevlaxdakı stadionun ot örtüyü ağırdı. Uzun marafondu, hər 1 xal, hər 1 oyun vacibdi. Görək necə olacaq…
  • - Qarşıda "Sabah" və "Qarabağ"la oyunlar var. "Turan Tovuz" azarkeşləri nə gözləyə bilər doğma komandalarından?
    - Xoşbəxtlikdən elə kollektivimiz, elə klubumuz var ki, hər oyunda qələbə üçün mübarizə aparırıq. Azarkeşlər də gözləyə bilər ki, rəqibdən asılı olmayaraq, 3 xal üçün sona qədər mübarizə aparacağıq. Yuxarılarda, avrokuboklarda olmaq istəyiriksə, bu cür rəqiblərlə matçlarda 3 xal üçün oynamalıyıq. Necə ki, "Neftçi" il görüşdə bunun üçün ilk dəqiqədən son dəqiqəyədək mübarizə apardıq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC