Azərbaycan cüdoçusu Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb

Azərbaycan cüdoçusu Rəşad Yelkiyev (66 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

 

Presssport.az xəbər verir ki, Özbəkistanı təmsil edən Dilşodbek Hamroyev ilə qarşılaşan idmançı rəqibinə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

 

Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Könül Əliyeva (48 kq) və Balabəy Ağayev (60 kq) qızıl medal qazanıblar. Ruslan Paşayev (66 kq) isə bürünc medal uğrunda görüşdə uduzaraq beşinci yerlə kifayətlənib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC