"Neftçi" səfərdə "Şamaxı"ya qalib gələrək turnir cədvəlində liderə çevrilib

"Neftçi" Misli Premyer Liqasının X turunda "Şamaxı"ya qalib gəlib.

 

Presssport.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 3:2 hesablı qələbəyə seviniblər.

 

"Ağ-qaralar"ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər. Ev sahiblərinin heyətində isə Abdullahi Şuaybu (24) və Ayman Bouali (64) adlarını tabloya yazdırıblar.

 

Xallarının sayını 21-ə çatdıran "Neftçi" turnir cədvəlində liderliyi ələ keçirib. "Şamaxı" isə 13 xalla yeddincidir.

 

Xatırladaq ki, turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" evdə "Sabah"ı 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) görüşləri isə heç-heçə yekunlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC