"Barselona" onun transferini "Liverpul"a təklif edib

“Barselona” Ronald Arauxonun “Liverpul”a tamhüquqlu transferini təklif edib.

 

Presssport.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

 

Kataloniya təmsilçisi uruqvaylı müdafiəçinin transferini yanvarda rəsmiləşdirməyə hazırdır. “Barselona” bu satışdan əldə edəcəyi vəsaiti müdafiə xəttini gücləndirmək üçün istifadə etmək niyyətindədir.

 

27 yaşlı futbolçu avqustdan “Liverpul”da icarə əsasında çıxış edir. Tərəflər arasındakı icarə müqaviləsinin müddəti 2027-ci il iyunun sonuna qədər nəzərdə tutulub. “Transfermarkt” portalı Arauxonun bazar dəyərini 25 milyon avro qiymətləndirir.

 

“Barselona” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC