"Milan" Fransa millisinin üzvü ilə müqavilə imzalayacaq

İtaliyanın "Milan" klubu Adrien Rabyonun müqaviləsinin müddətini artıracaq.

 

Presssport.az xəbər verir ki, A Seriyası nəhəngi artıq fransalı yarımmüdafiəçi ilə razılıq əldə edib.

 

Bu barədə yerli mətbuat məlumat yayıb.

 

Rabyo ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanacaq. Yeni anlaşma ilə 31 yaşlı futbolçu illik 6 milyon avro maaş alacaq.

 

Qeyd edək ki, "Milan" Adrien Rabyonu 2025-ci ilin yayında "Marsel"dən 7,4 milyon avroya transfer edib. Fransa millisinin üzvü cari mövsümdə "rossoneri"nin heyətində meydana çıxdığı 11 rəsmi  matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC