"Sabitliyə nail olmalıyıq"

“Mançester Yunayted”in yarımmüdafiəçisi Yuri Tilemans komandanın baş məşqçisi Maykl Karrik barədə fikirlərini bölüşüb.

 

Presssport.az xəbər verir ki, belçikalı futbolçu “The Independent”-ə açıqlamasında Karrikin komandadakı gələcəyinin qeyri-müəyyən olmasına münasibət bildirib:

 

“Mən “Mançester Yunayted”dəyəm, çünki Karrik məni komandaya gətirmək istəyirdi. Mayklın işini davam etdirməsinə sevinirəm. Düşünürəm ki, komandaya kəskin dəyişikliklər lazım deyil. Belə addımlar yalnız kollektivə zərər verə bilər. Biz sabitliyə nail olmalıyıq. Vəziyyət tezliklə dəyişəcək. Birlikdə olmalıyıq”.

 

Premyer Liqada 8 turdan sonra “qırmızı şeytanlar” 7 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC