"Bayern" onu Keynin əvəzləyicisi kimi nəzərdən keçirir

“Monako”nun hücumçusu Paris Brunner karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

 

Presssport.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klub “Bayern”dir. Münhen təmsilçisi almaniyalı hücumçunu Harri Keynin uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirir. “Bayern” Brunnerin transferində əsas namizəd hesab olunur.

 

PSJ, “Arsenal” və “Barselona” da hücumçunun xidmətində maraqlıdır.

 

Brunner 2024-cü ilin avqustundan “Monako”da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2027/28 mövsümünün sonuna qədərdir. “Transfermarkt” portalı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC