“Bavariya”nın futbolçuları sıradan çıxdı

“Bavariya”nın yarımmüdafiəçisi İsmail Saybari və hücumçusu Serj Qnabri bir müddət komandaya kömək edə bilməyəcəklər.

 

Presssport.az xəbər verir ki, bu barədə Münhen klubu məlumat yayıb. Futbolçular Dortmund “Borussiya”sı ilə 2:2 hesablı heç-heçə etdikləri Bundesliqa matçında zədələniblər.

 

Saybarinin sağ topuq nahiyəsində bağ qopması aşkarlanıb. Mərakeşli futbolçu artıq uğurlu əməliyyat keçirib. Qnabri isə sol budunun arxa əzələsindən zədə alıb.

 

Klub futbolçuların yaşıl meydanlara qayıdacağı dəqiq vaxtı açıqlamayıb.

 

Qeyd edək ki, “Bavariya” 18 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik Dortmund “Borussiya”sı ikinci, 16 xalı olan “Frayburq” isə üçüncü pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC