Premyer Liqa: "Kəpəz" evdə növbəti qələbəsini qazanıb

Misli Premyer Liqasının X turunda "Kəpəz" evdə "İmişli"yə qalib gəlib.

 

Presssport.az xəbər verir ki, Gəncə stadionunda keçirilən oyun ev sahiblərinin 1:0 hesablı üstünlüyü ilə bitib.

 

Yeganə qolu 77-ci dəqiqədə Namiq Ələsgərov vurub.

 

"Kəpəz" 17 xalla turnir cədvəlində beşinci sıraya yüksəlib. "İmişli" isə 10 xalla səkkizincidir.

 

Xatırladaq ki, turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" "Sabah"ı, "Neftçi" isə "Şamaxı"nı 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) görüşləri isə heç-heçə yekunlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC