Kapitan üçün 55 milyon avroluq təklif

"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

 

Presssport.az xəbər verir ki, "Əl-Hilal" portuqaliyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Tutto Mercato" nəşri məlumat yayıb.

 

Ərəblər 32 yaşlı futbolçu üçün yanvarda 55 milyon avroluq təklif göndərməyi planlaşdırlar.

 

Qeyd edək ki, Bruno Fernandeş cari mövsümdə "Mançester Yunayted"in heyətində meydana çıxdığı 12 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliya millisinin üzvünün "qırmızı şeytanlar"la müqaviləsi 2027-ci ilin yayında başa çatır. Klub istəsə, təcrübəli hücumameyilli yarımmüdafiəçi ilə sözləşməni daha 1 il uzada bilər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC