Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun oğlu Kriştiano duş Santuş ilk dəfə ölkəsinin U-17 yığmasına dəvət alıb.

 

Presssport.az Portuqaliya mediasına istinadən xəbər verir ki, 17 yaşlı hücumçu baş məşqçi Filipe Ramuşun 2027-ci il Avropa çempionatının seçmə mərhələsi üçün açıqladığı 23 nəfərlik heyətə daxil edilib.

 

Hazırda atasının da çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun aşağı yaş qrupunda oynayan Ronaldo daha əvvəl Portuqaliyanın U-15 və U-16 millilərinin formasını geyinib. O, U-16 millisində 9 oyunda 3, U-15 yığmasında isə 4 matçda 2 qol vurub.

Portuqaliya seçmə mərhələdə noyabrın 11-də Andorra, 14-də Bolqarıstan, 17-də isə Serbiya ilə qarşılaşacaq.

 

Qeyd edək ki, U-17-lər arasında Avropa çempionatı 2027-ci ilin yayında Latviyada keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC