"Atletiko" "Arsenal"ın yarımmüdafiəçisini transfer etmək istəyir

"Arsenal"ın yarımmüdafiəçisi Mikel Merino karyerasını ölkəsində davam etdirə bilər.

 

Presssport.az xəbər verir ki, "Atletiko" ispaniyalı orta xətt oyunçusunun xidmətində maraqlıdır. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

 

La Liqa nəhəngi Merinonu yanvarda heyətinə qatmağı planlaşdırır. "Atletiko" 30 yaşlı futbolçu üçün 30 milyon avroluq satınalma bəndinin yer aldığı icarəyə götürmək təklifini göndərəcək.

 

Qeyd edək ki, "Arsenal" Mikel Merinonu 2024-cü ilin yayında "Real Sosyedad"dan 32 milyon avroya transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC