Martin Subimendi qışda "Arsenal"dan ayrıla bilər

İspaniya millisinin futbolçusu Martin Subimendi qış transfer dönəmində İngiltərənin "Arsenal" klubundan ayrıla bilər.

 

Presssport.az "TeamTalk" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi digər komandalardan gələn təklifləri nəzərdən keçirməyə hazırdır.

 

İspaniyanın "Atletiko", "Real" və "Barselona" klubları oyunçu ilə maraqlanırlar. Bundan əlavə Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund) komandaları da futbolçunu izləyirlər.

Xatırladaq ki, M.Subimendi 2025-ci ildə "topçular"a keçib. O, cari mövsüm Premyer Liqa oyunlarının heç birində start heyətində yer almayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC