"Barselona" İsveçrə millisinin futbolçusu Joan Manzambi ilə maraqlanır

İspaniyanın "Barselona" klubu İsveçrə millisinin futbolçusu Joan Manzambi ilə maraqlanır.

 

Presssport.az yerli "Sport" nəşrinə istinadən xəbər verir ki, İngiltərənin "Aston Villa" komandasında çıxış edən hücumameyilli yarımmüdafiəçi Kataloniya təmsilçisinin rəsmilərinin diqqətini çəkib.

 

İdman direktoru Deku bu gün keçiriləcək "Barselona" - "Aston Villa" matçında oyunçunun çıxışını şəxsən qiymətləndirəcək.

 

Xatırladaq ki, "Barselona" - "Aston Villa" oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC