Premyer Liqa: "Sumqayıt" "Zəfər turu"nda "İmişli" ilə heç-heçə edib

Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

 

Presssport.az-ın məlumatına görə, günün ilk matçında "İmişli" "Sumqayıt"ı qəbul edib.

 

Yevlax şəhər stadionundakı qarşılaşma qolsuz yekunlaşıb.

 

Meydan sahibləri 11 xalla səkkizinci, "gənclik şəhəri" təmsilçisi 10 xalla doqquzuncu pillədə qərarlaşıb.

 

Tura "Sabah" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun saat 17:30-da başlayacaq.

Peşəkar Futbol Liqasının qərarı ilə XI tur "Zəfər turu" adlanıb.

 

Xatırladaq ki, turun əvvəli oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" "Kəpəz"i (hər ikisi 1:0), "Zirə" "Qəbələ"ni (2:1) məğlub edib. "Şəfa" - "Araz-Naxçıvan" oyununda isə qalib müəyyənləşməyib - 2:2.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC