İspaniyanın “Real Madrid” və İngiltərənin “Liverpul” klubları “Brayton”un qapıçısı Bart Verbruyqqeni transfer etmək istəyir.
Presssport.az xəbər verir ki, informasiyanı “Football Insider” yayıb.
Məlumata görə, mersisaydlılar növbəti yay transfer pəncərəsində niderlandlı qolkiperin keçidini reallaşdırmağı düşünürlər. Klub rəhbərliyi mövsümün sonunda müqaviləsi başa çatacaq Alisom Bekerin (Alisson Becker) mümkün gedişinə hazırlaşır.
“Real Madrid” isə Verbruggeni Tibo Kurtuanın (Thibaut Courtois) uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirir. İspaniya təmsilçisi daha əvvəl də qapıçının çıxışını yaxından izləyib.
Qeyd edək ki, Bart Verbryüqqen cari mövsümdə bütün turnirlərdə 14 qarşılaşmada iştirak edib və 11 matçda qapısını toxunulmaz saxlayıb. Onun “Brayton”la müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Beləliklə, niderlandlı qapıçının gələcək karyerası növbəti yay transfer pəncərəsinin diqqətçəkən mövzularından birinə çevrilə bilər.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC