Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı

Kiprdə futbol üzrə Superliqanın 9-cu turunun oyunları keçirilib.

 

Presssport.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi “Pafos” doğma meydanda “Omoniya 29 May” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 4:2 hesablı inamlı qələbəsi ilə başa çatıb.

 

Məmmədov matçın 59-cu dəqiqəsində, komandası artıq bütün qollarını vurduqdan sonra meydana daxil olub.

 

Hazırda “Pafos” 16 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC