Polşa Ekstraklasasında 14-cü turun oyunları keçirilir.
Presssport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" səfərdə "Legiya"nın qonağı olub. Qarşılaşma "Rakuv"un 4:2 hesablı qələbəsi ilə başa çatıb.
8 noyabr
"Legiya" - "Rakuv" - 2:4
Qollar: Kacper Xodına, 56, Vahan Biçaqçyan, 63 – Patrik Makux, 21, Erik Otieno, 58, Olivyer Kvyatkovski, 61, 72
Mahir Emreli keçmiş komandasına qarşı oyuna start heyətində başlayıb. O, görüşün 58-ci dəqiqəsində Erik Otienonun vurduğu qolda məhsuldar ötürmə müəllifi olub. Emreli 73-cü dəqiqədə əvəzlənib.
Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran "Rakuv" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. "Legiya" isə 24 xalla 3-cü sıradadır.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC