“Barselona”nın müdafiəçiləri Erik Qarsiya və Andreas Kristensen zədələrini sağaldıblar.
Presssport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər iki futbolçunun tibbi heyətin icazəsini alaraq məşqlərə və oyunlara qayıtmağa hazır olduğu bildirilib. Onlar bu gün “Atletiko” ilə keçiriləcək qarşılaşmada iştirak edə bilərlər.
Andreas Kristensen La Liqanın 7-ci turunda “Sevilya” ilə keçirilən oyunda (3:1) zədələnib. Erik Qarsiyada isə UEFA Çempionlar Liqasında PSJ ilə matçdan (2:4) əvvəl sağ bud əzələsinin zədələndiyi aşkarlanıb.
“Barselona” bu gün La Liqanın 12-ci turu çərçivəsində “Atletiko”nun qonağı olacaq. Kataloniya klubu həmçinin, “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar arasında oyun 25 noyabrda, Bakıda olacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC