Fransanın PSJ klubu mərakeşli ulduz müdafiəçisi Əşrəf Hakimi ilə yeni müqavilə imzalamaq üzrədir.
Presssport.az məşhur insayder Niko Skiraya (Nicolò Schira) istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar artıq yekunlaşmaq mərhələsindədir.
Razılaşmaya əsasən, 28 yaşlı təcrübəli futbolçu Paris təmsilçisi ilə sözləşməsini 2031-ci ilin yayına qədər uzadacaq.
Klub rəhbərliyi komandanın əsas liderlərindən olan sağ cinah müdafiəçisini uzun illər heyətdə saxlamaqla müdafiə xəttində sabitliyi qorumaqda qərarlıdır.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC