Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.
Presssport.az xəbər verir ki, finalda “Azərreyl” və "Murov Az Terminal" üz-üzə gəlib
Bakı İdman Sarayında baş tutan qarşılaşma gərgin mübarizə şəraitində keçib.
İlk setdə “Azərreyl” 29:27 hesabı ilə qalib gəlib. Ardıcıl iki setdə "Murov Az Terminal" oyunçuları üstün olublar - 27:25, 25:19.
Dördüncü setdə “Azərreyl” istəyinə çatıb - 32:30.
Həlledici, qızıl setdə (15:13) də üstün olan "Azərreyl" rəqibə 3:2 hesabı ilə qalib gələrək ölkə çempionu adına sahib çıxıb.
Onu da bildirək ki, 3-cü yer uğrunda görüşdə "Neftçi" MOİK-ə qalib gələrək (3:0) bürünc medal əldə edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC