“Mançester Yunayted”ə "hə" dedi

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino “Mançester Yunayted”i çalışdıra bilər.

 

Presssport.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

 

Bildirilib ki, argentinalı mütəxəssis İngiltərə klubuna rəhbərlik etməyə müsbət yanaşıb.Poçettino avqust ayında ABŞ Futbol Federasiyası ilə müqaviləsini uzadıb. Lakin anlaşmada ona müəyyən top-klublardan təklif alacağı təqdirdə komandadan ayrılmağa imkan verən xüsusi bəndlərin olduğu bildirilir.

 

“Mançester Yunayted” rəhbərliyi hazırda Maykl Kerrikin mümkün əvəzləyicilərini nəzərdən keçirir. İngiltərə klubunda onun istefaya göndərilməsi ehtimalının getdikcə artdığı qeyd olunur.

 

Hazırda komanda Premyer Liqada 8 xalla 18-cidir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC