“Latsio” 23 yaşlı müdafiəçisi Romano Floriani ilə müqavilənin müddətini uzatdığını açıqlayıb. Yeni müqavilə 2031-ci ilə qədər nəzərdə tutulub.
Presssport.az xəbər verir ki, Romano 1922–1943-cü illərdə İtaliyaya rəhbərlik etmiş, ölkənin keçmiş baş naziri və Milli Faşist Partiyasının lideri Benito Mussolininin nəticəsidir. O, Benitonun nəvəsi, siyasətçi Alessandra Mussolininin üçüncü övladıdır.
Floriani 2016-cı ildə “Roma”nın akademiyasından “Latsio”ya keçib.
Qeyd edək ki, Romano cari mövsüm A Seriyasında 9 oyuna çıxıb və 1 qol vurub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC