“Barselona”nın yarımmüdafiəçisi Dani Olmonun zədəsinin nə vaxt sağalacağı bəlli olub.
Presssport.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 28 yaşlı futbolçu milli komandaların oyunları üçün yaranacaq fasilədən sonra “Vilyarreal”la keçiriləcək matça qədər heyətə geri dönə bilər.
Olmo UEFA Çempionlar Liqasının 3-cü turunda, PSJ ilə görüşdə (2:4) zədələnib. O, bu mövsüm bütün turnirlərdə 12 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.
La Liqanın 13-cü turu çərçivəsində “Barselona” və “Vilyarreal” arasında oyun noyabrın 22-də keçiriləcək.
”Barselona” “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar arasında oyun 25 noyabrda, Bakıda keçiriləcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC