"Sabah"ın rəqini Alvares üçün futbolçusunu təklif edə bilər

“Atletiko” “Arsenal”ın yarımmüdafiəçisi Martin Subimendi ilə maraqlanır.

 

Presssport.az “Diario Sport”-a istinadən xəbər verir ki, Madrid klubu ispaniyalı futbolçunu yanvar transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Yarımmüdafiəçinin “Arsenal”da oyun vaxtının azalması isə İngiltərə klubunu onunla bağlı gələcək təklifləri nəzərdən keçirməyə vadar edə bilər. “Arsenal”ın Subimendini Xulian Alvareslə dəyişməyi təklif etməsi də mümkündür. Lakin hələlik bu istiqamətdə dəqiq addım atılmayıb. London klubu yayda argentinalı hücumçunu transfer etməyə çalışsa da, o, İngiltərə Premyer Liqasına qayıtmaqdan imtina edib.

 

Subimendi bu mövsüm bütün turnirlərdə 12 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

”Arsenal” “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar arasında görüş 27 yanvarda, İngiltərədə keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC