Azərbaycanın beynəlxalq dərəcəli hakimi Kəmalə Əsgərova kişi voleybolçular arasında keçiriləcək CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin oyununa təyinat alıb.
Bu barədə Presssport.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildirilib.
O, Xorvatiyanın "Ribola Kastela" və Avstriyanın "UVC Holding Qrats" komandaları arasında bu gün Xorvatiyada keçiriləcək qarşılaşmada birinci hakim olacaq.
Ədalət təmsilçisinə bolqarıstanlı Boyan Zhelev kömək edəcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC