Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının 5-ci günündə çıxışını qələbə ilə başa vurub.
Presssport.az xəbər verir ki, Zeynəb Rəhimova (52 kq) 1/8 finalda Nikola Primaçenkonu (Polşa) 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib.
O, aprelin 23-də Venelina Poptoleva (Bolqarıstan) ilə döyüşəcək.
Məhsəti Həmzəyeva (57 kq) da ilk qarşılaşmasını aktivinə yazıb. İdmançı 1/8 finalda Rebeka Dobosu (Macarıstan) məğlub edib – 5:0 (30:27, 30:27, 30:26, 30:25, 30:27). Həmzəyeva 1/4 finalda Svetlana Kamenova (Bolqarıstan) ilə üz-üzə gələcək. Görüş aprelin 23-nə təsadüf edəcək.
Yığmamızın lideri Alfonso Dominqes (92 kq) isə adını yarımfinala yazdırıb. Dünya çempionu 1/4 finalda israilli Yan Zaka 4:3 hesabı ilə qalib gəlib. O, yarımfinala vəsiqə ilə özü üçün azı bürünc medalı təmin edib. Dominqes növbəti görüşünü aprelin 25-də keçirəcək.
Qeyd edək ki, bu gün Anaxanım İsmayılova (48 kq) da Lusine Gevorqyanı (Ermənistan) mübarizədən kənarlaşdıraraq 1/4 finalda iştirak hüququ qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC