Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşacaq "Neftçi"nin zədəli futbolçularının son durumu müəyyənləşib.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandada yalnız bərpa prosesi keçən qapıçı Emil Balayev və cəzalı yarımmüdafiəçi İsrafilov bu matçı buraxmalı olacaq.
Xatırladaq ki, "Qarabağ" - "Neftçi" görüşü bu gün saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk görüşdə Ağdam təmsilçisi 4:0 hesablı qələbə qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC