“Sabah” bölgələrdə seçimlərə başlayır

“Sabah” Futbol Akademiyası “Azerlotereya”nın təşkilatçılığı ilə bölgələrdə seçimlərə başlayır.

Presssport.az klubun mətbua xidmətinə istinadən xəbər verir ki, akademiyanın məşqçilər heyəti 29-30 aprel tarixlərində, Tərtər şəhərində 2010-2015-ci il təvəllüdlü uşaqlar arasında seçimlər edəcəklər.

Seçimlər saat 11:00-da, Tərtər Olimpiya İdman Kompleksində keçiriləcək və Tərtərlə yanaşı, Ağcəbədi, Ağsu, Naftalan, Bərdə, Yevlax və Goranboy rayonlarını əhatə edəcək.

Qeyd edilmiş rayonlardan uşaqların gətirilməsi üçün avtobuslar ayrılacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC