Urfan Abbasov “Qəbələ”nin heyətində 300-cü oyununu keçirib.
Presssport.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçinin yubileyi Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşünə təsadüf edib.
"Qırmızı-qara” formada keçirdiyi matçların sayında mütləq rekordçu olan Abbasov “Zirə” ilə görüşə start heyətində çıxıb. “Qəbələ”nin vitse-kapitanı 300 oyunda 6 qola imza atıb.
Bugünkü matç onun “qırmızı-qara” forma ilə kubokda 40-cı oyunu olub. Urfan bu turnirdə 1 qola imza atıb. O, Premyer Liqada 243 (5 qol), avrokuboklarda 17 dəfə komandanın formasını geyinib.
Müdafiəçi 2012-ci il fevralın 21-də Premyer Liqanın “Xəzər Lənkəran”la ev matçında (2:1) debüt edib. O, 2019/20 və 2020/21 mövsümləri istisna olmaqla, həmin vaxtdan "Qəbələ"də çıxış edir.
Qeyd edək ki, Abbasov “Qəbələ”də Premyer Liqanın iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) mükafatını qazanıb, iki dəfə Azərbaycan kubokunun qalibi (2018/19, 2022/23), üç dəfə finalçısı (2013/14, 2016/17, 2017/18) olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC