FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununu idarə edəcək.
Pressport.az xəbər verir ki, bu haqda Yunanıstan mətbuatı məlumat yayıb.
Bildirilir ki, Ağayev aprelin 28-də baş tutacaq "Panatinaikos" - "Aris" matçında ədaləti qoruyacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.
Digər FIFA referisi Kamal Umudlu AVAR-da yer alacaq. Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Xatırladaq ki, "Panatinaikos"a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC