Bu gün futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşib.
Presssport.az xəbər verir ki, yarımfinalın ilk matçında "Baku Fire" "Neftçi"yə 7:4 hesabı ilə qalib gələrək finala ilk vəsiqə qazanıb.
Yarımfinal digər oyunnda ölkə çempionu "Araz-Naxçıvan" PFL-ə 6:3 hesabı ilə qalib gələrək finala adlayıb.
Beləliklə, Azərbaycan kubokunun final matçında Yüksək Liqanın qızıl və gümüş medalçıları – “Araz-Naxçıvan” və “Baku Fire” qarşılaşacaq. Mayın 7-də Bakı İdman Sarayında keçiriləcək oyun saat 14:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC