Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib. Presssport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 8 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mübarizə aparır.
1/4 final mərhələsinin ilk günündə "Günəşli" və "Şağan" görüşüb. Matç "Günəşli"nin qalibiyyəti ilə yekunlaşıb - 3:0. Növbəti görüşdə "Qaraçuxur" “Mərdəkan”a 2:5 hesabı ilə uduzub.
Yarışın ikinci günündə 1/4 final mərhələsinin növbəti oyunları keçirilib. "Zabrat" və "Biləcəri" arasında baş tutan matçda ikincilər qalib olub - 1:0. "Sabunçu" “Aşağı Güzdək”ə 1:3 hesabı ilə məğlub olub.
Qalib komandalar yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC