Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb.

Presssport.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Avropa Gimnastikası yarışında yenilikdi.

Mükafat fondunun ümumi məbləği 40 000 avro təşkil edir. Çarpaz qarşılaşmalarda qalib 8000, 2-ci yer 5000, 3-cü yer 3000, 4-cü yer 2000, 5-8-ci yerlərin hər biri 1000, 9-16-cı yerlərin hər biri 500 avro qazanacaq. Böyüklərdən ibarət qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qalib 5000, gümüş medalın sahibi 3500 və bürünc mükafatçı 2500 avroya sahibi olacaq. Gənclər yaş qrupları yarışında komanda hesabında qalibi 1300, 2-ci yeri tutanı 1000, 3-cü yerin sahibini isə 700 avro gözləyir.

Xatırladaq ki, bədii gimnastika üzrə Avropa Kuboku mayın 3-5-də Milli Gimnastika Arenasında baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC