I Liqada növbəti - XXV turun mərkəzi matçı İmişlidə olacaq.
Presssport.az xəbər verir ki, lider “Qarabağ Lökbatan” turnir cədvəlində 3-cü pillədə gedən "İmişli" qonağı olacaq.
İmişlilər sona 3 tur qalmış 6 xal geridə qaldığı bu rəqibi evdə məğlub etsə, çempionluq şansını saxlayacaq.
Klub bu vacib matçla bağlı “Facebook”dakı rəsmi səhifəsiylə azarkeşlərə müraciət edib: "Əziz İmişlililər, mayın 9-u saat 16:00-da hər birinizi “İmişli” - “Qaradağ Lökbatan” oyununda komandamıza dəstək olmağa dəvət edirik!
Oyundan əvvəl konsert proqramı təşkil olunacaq, oyundan sonra isə uduşlu oyun keçiriləcək və 9 qalibə hədiyyələr təqdim olunacaq.
Biletləri stadionun kassalarından və poçtun qarşısındakı kioskdan əldə edə bilərsiniz.
Elə indi biletini al, həm komandana dəstək ol, həm də əylən!"
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC