Azərbaycanlı para-atlet Səid Nəcəfzadə Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T12 kateqoriyasında çempion olub.
Presssport.a xəbər verir ki, Azərbaycan təmsilçisi uzunluğa tullanma üzrə yarışda 7.30 metr nəticə ilə qızıl medal qazanıb.
Bu, 25 yaşlı Avropa çempionunun ilk dünya “qızıl”ıdı. Nəcəfzadə ötən il Parisdə təşkil edilən dünya çempionatında bürünc medal qazanmışdı. O, Tokio Paralimpiadasının da bürünc mükafatçısıdı.
Xatırladaq ki, 2 gün əvvəl para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandaya ilk qızıl medalı qazandırmışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC