“Hamımız bu tarixi nailiyyətin yaradıcılarıyıq. Berqamo kiçik bir şəhərdir, amma görün nə qədər azarkeşimiz var".
Presssport.az xəbər verir ki, bu sözləri "Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini Avropa Liqasının finalında "Bayer"ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
İtaliyalı mütəxəssis futbolçuların əla oyun keçirdiklərini söyləyib: "Çalışdıq ki, "Bayer"ə öz futbolunu oynamağa qoymayaq. Vurduğumuz üç gözəl qola baxın! Ən çətin matçları keçirdik. "Sportinq" və "Liverpul"la qarşılaşdıq. Bu, ən çətin yoldu”.
Qasperini Leverkuzen təmsilçisinin məğlubiyyətsizlik seriyasını qırmalarına toxunaraq, yenilməz komanda olmadığını vurğulayıb: "Layiqli qələbə qazandıq, çünki daha güclü idik.
Futbolçulara təşəkkür etməliyəm. onların çıxışı inanılmaz idi. Əsas odur ki, bunu necə bacardıq. Şübhəsiz ki, belə güclü komanda ilə matçda bu qələbəyə layiq idik. Avropa Liqasının qalibi olmaq isə əla nailiyyətdi. İtaliyada bu mövsüm "Yuventus" kuboku, "İnter" "Skudetto"nu, "Bolonya" Çempionlar Liqasına vəsiqə qazandı və "Leççe" də qalib gələrək A Seriyasında qalmağı bacarıb. Bütün bunlar da böyük qələbələrdi".
Berqamo klubunun təcrübəli çalışdırıcısı bu uğurdan sonra ünvanına yönələn təriflərlə və ona heykəl qoyulmasıyla bağlı da düşüncələrini bölüşüb: "İndi işimə görə mənə minnətdarlıqları başa düşmürəm. Düşünmürəm ki, mən indi günorta olduğumdan daha yaxşıyam.Mənə Berqamoda abidə qoyulmaqla bağlı nə düşünürəm? Axmaq olmayın, bunun üçün vaxt olacaq”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC