Azərbaycan cüdoçusu Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib.
Presssport.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Portuqaliya təmsilçisi Jorje Fonsekaya qalib gəlib.
Onun finaldakı rəqibi kanadalı Şadi Elnahas olacaq.
Xatırladaq ki, mayın 24-də başa çatacaq mundialda indiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC