Azərbaycanın qadın boksçusu Zeynəb Rəhimova Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib.
Boks Federasiyasından Presssport.az-a verilən məlumata görə, 54 kq çəki dərəcəsində mübarizə aparan millimizin üzvü 1/8 finalda Ornella Havyarimanı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib.
Rəhimova növbəti görüşündə Aeji İm (Koreya Respublikası) ilə qarşılaşacaq. O, qələbə qazanacağı halda, Paris-2024 Yay Olimpiya Oyunlarına növbəti lisenziyamızı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də olacaq.
Onu da bildirək ki, yarışın son günündə Alfonso Dominqes (92 kq) də rinqə çıxacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC