Dünya çempionumuz Olimpiadaya lisenziya qazandı

Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Presssport.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 92 kq çəkidə mübarizə aparan dünya çempionumuz Olimpiadaya vəsiqəni Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turnirində rəsmiləşdirib.

O, 1/4 finalda Elkin Adilbek Uulu (Qırğızıstan) ilə qarşılaşıb. Dominqes rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və bu qələbə boksçumuza Paris-2024-də iştirak hüququ verib.

Nəticədə milli komandamız Fransa paytaxtında 5 kişi boksçu ilə təmsil olunacaq. Dominqesdən öncə Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris Olimpiadasına vəsiqəyə yiyələnib.

Onu da bildirək ki, Oyunlarda boks yarışları iyulun 27-dən avqustun 10-dək davam edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC